Azərbaycanla BƏƏ arasında siyasi məsləhətləşmələr keçirilib
11 fevral 2025-ci il tarixində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü iclası keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Lana Zəki Nusseybə rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, humanitar əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı (COP) çərçivəsində qarşılıqlı koordinasiya və əməkdaşlıq yüksək qiymətləndirilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
BƏƏ tərəfinə regionda münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.
Səfər çərçivəsində nazir müavini BƏƏ-nin “TRENDS” Tədqiqat və Məşvərət Mərkəzində olub. Mərkəzin araşdırmalar bölməsinin rəhbəri Mohamed Salem Əl-Salemi təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilən Mərkəzlə Azərbaycanın müvafiq tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçirilib.
Yalçın Rəfiyev Mərkəzin rəhbər şəxsləri və tədqiqatçıları ilə görüşündə Azərbaycanın xarici siyasəti, onun regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və Azərbaycan-BƏƏ əməkdaşlığının gələcək inkişaf perspektivlərindən danışıb.
Oxşar xəbərlər
Azərbaycanla BƏƏ Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Qətər arasında siyasi məsləhətləşmələr aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın hökumət missiyası Monqolustanda səfərdə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












