Ukrayna Azərbaycanı sülh sammitində iştiraka dəvət edib
Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk feysbuk hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Konfrans iyunda Berlində baş tutacaq.
“Ukrayna adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak etməyə və məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizləmə məsələlərində prezident Zelenskinin Ukrayna sülh düsturunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim”.
"Ölkəm adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyə və Prezident Zelenskinin Ukrayna sülh formulunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim. Məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizlənmə məsələlərində", - o deyib.
Oxşar xəbərlər
Ukrayna Prezidenti: Azərbaycanla hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
İsveçrə Prezidenti: “Kiyev sülh konfransı təşkil etməyi xahiş edib”
Ukrayna Hindistana “qırmızı xətləri” keçməmək barədə xəbərdarlıq edib
Rusiya XİN Çinin Ukrayna ilə bağlı planını real adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













