Rusiya XİN Çinin Ukrayna ilə bağlı planını real adlandırıb
“Rusiya Çinin Ukrayna münaqişəsinin nizamlanması təşəbbüsünü Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh formulu”ndan daha real hesab edir”.
“Report” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.
Onun sözlərinə görə, Moskva çinli həmkarlarının Ukrayna böhranı ilə bağlı mövqeyini yüksək qiymətləndirir.
“Biz onların sülh yolu ilə onun həqiqi və davamlı həllinə töhfə vermək üçün səmimi istəyini qeyd edirik. Heç bir nəticəyə gətirib çıxara bilməyən ultimatum və çıxılmaz “Zelenski formulu”ndan fərqli olaraq, Pekinin Çin müdrikliyinə və ümumidən konkretə dialektik yanaşmaya əsaslanan təşəbbüsü daha realdır”.
Polişçuk əlavə edib ki, Pekin Ukrayna böhranının əsas səbəblərini anlayır, onun yaranmasında və eskalasiyasında Qərbin dağıdıcı rolundan xəbərdardır.
Qeyd edək ki, 2023-cü ilin fevralında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqeyini əks etdirən sənəd dərc edib.
O, atəşkəs çağırışları, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı ilə birtərəfli sanksiyaların tətbiqindən imtina kimi 12 bənddən ibarətdir.
Oxşar xəbərlər
Rusiya XİN: “ABŞ Ukrayna ilə bağlı xərclərin yükünü Aİ-nin üzərinə atmağa çalışır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Medvedev: Ukrayna Rusiya ərazisidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna MDB-nin daha iki sazişindən çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisini qiyabi həbs edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu, Zelenski üçün qəbuledilməzdir - Yermak [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












