Bakıda İran İslam İnqilabının 46-cı ildönümü qeyd edilib - FOTO
Bakıda İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə tədbir keçirilib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan hökumətini Baş nazirin müavini, Azərbaycan-İran Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev təmsil edib.
Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti illər vəkili Seyyid Cəfər Ağayi Mərian çıxış edərək, ölkəsinin ötən müddətdə tibb, energetika, kənd təsərrüfat, nanotexnologiya və çox digər sahələrdə qazandığı uğurlardan danışıb.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev əvvəlcə hökumət adından təbriklərini çatdırıb.
O deyib ki, ölkəmiz ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına böyük önəm verir.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Oxşar xəbərlər
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Məsud Pezeşkian Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib
Qazaxıstanın Müstəqilliyinin ildönümü münasibətilə tədbir keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













