Əli Əsədov: Azərbaycan Gürcüstanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə verdiyi töhfəni yüksək qiymətləndirir
Azərbaycan Gürcüstanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə verdiyi töhfəni yüksək qiymətləndirir.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu yubiley iclasının açılışında bildirib.
O, Gürcüstan hökumətinin başçısına COP29 konfransında fəal iştirakına görə təşəkkür edib:
“Biz Gürcüstanın qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə verdiyi töhfəni yüksək qiymətləndiririk. Bu gün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu yubiley iclasını keçiririk. Əminəm ki, müzakirələrimiz, qəbul edilən qərarlar və protokollar, həmçinin ikitərəfli sənədlər ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət edəcək".
Ə.Əsədov vurğulayıb ki, İrakli Kobaxidzenin səfəri çərçivəsində Gürcüstanın səfirliyinin yeni binası üçün ayrılmış torpaq sahəsinə baxış da planlaşdırılıb.
“Bu torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin tapşırığı və Nazirlər Kabinetinin qərarı ilə ayrılıb. Ərazi Bakının mərkəzində, şəhərin ən gözəl yerlərindən birində yerləşir".
Ruslan Həsənov
Oxşar xəbərlər
Gürcüstanın XİN başçısı yanvarın 16-da Azərbaycana gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Baş naziri Azərbaycana gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlya Darçiaşvili: Gürcüstan Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












