USAİD-in Azərbaycanda fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib
sizinxeber.az xəbər saytı

USAİD-in Azərbaycanda fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib


Azərbaycan 2023-cü ildə öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən 907-ci düzəlişlə “cəzalandırıldı”.

"Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

“2023-cü ilin sentyabr ayında Azərbaycan öz suveren ərazilərində 23 saatlıq antiterror əməliyyatı keçirərək suverenliyini bərpa etdi. Bundan qısa müddət sonra biz ABŞ-dən beynəlxalq hüquqla uzlaşmayan hücumun şahidi olduq. 1992-ci ildə qəbul edilmiş azadlığa dəstək aktına 907-ci düzəliş adlı bir sanksiya sənədi mövcud idi və onun Azərbaycana aid hissəsi uzun illər idi ki, dayandırılırdı. Ancaq sonuncu dəfə bu dayandırılma baş vermədi və 20 il sonra sırf Azərbaycan suverenliyini bərpa etdiyi üçün bir növ “cəzalandırıldı”,- XİN başçısı əlavə edib.

XİN başçısı vurğulayıb ki, USAİD-in yardımları Azərbaycanda ABŞ-nin maraqlarının icrasına xidmət edirdi:

“Azərbaycan tərəfi hər şeyə rəğmən dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir”.

Nazir bəyan edib ki, USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil.
“Onların fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi. Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdiyilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib".

Oxşar xəbərlər

İlham Əliyev: "Antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“5 gün əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri: "Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar" [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN rəhbəri: USAİD-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle