Özbəkistanın Baş naziri və XİN başçısı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Özbəkistanın Baş naziri Abdulla Aripov dekabrın 27-də Daşkənddəki Azərbaycan səfirliyinə gələrək Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar xalqımıza başsağlığı verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri məlumat yayıb.
Baş nazir, həmçinin xatirə kitabında qeyd qoyub.
KİV-in məlumatına görə, Azərbaycan səfirliyini, həmçinin Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov da ziyarət edib. Qeyd edilib ki, o, dərin hüznlə başsağlığı verib və xatirə kitabına qeyd qoyub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Qazaxıstan səfiri Azərbaycanın diplomatik missiyasını ziyarət edərək başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monteneqronun Baş naziri Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peru Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa səfirliyi Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











