Ruanda səfiri: Tutsilərə qarşı soyqırımı Fransanın təhriki ilə törədilib
1994-cü ildə tutsilərə qarşı soyqırımına səbəb olan hadisələrin Fransanın təhriki ilə törədildiyini söyləmək olar.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində iqamətgahı Ankarada olan Ruandanın Azərbaycan üzrə səfiri Çarlz Kayonqun deyib.
Onun sözlərinə görə, bir çox digər müstəmləkəçi dövlətlər kimi Fransa da müstəmləkələrinə tam müstəqillik vermək istəmədi, əksinə, bu ölkələri nəzarətində saxlamaq üçün tədbirlər gördü. Bu tədbirlərdən biri də marionet liderlərin hakimiyyəti ələ almasına dəstək vermək idi.
"Ruanda Fransa tərəfindən müstəmləkəyə çevrilməsə də, fransız dilinin təsiri və coğrafi mövqeyinə görə bu dövlət ölkəmizlə yaxın münasibət qurmağa başladı. Fransanın Ruandadakı rolu 1973-cü ildə hərbi çevrilişlə hakimiyyətə gələn prezident Habyarimana rejimi dövründə diqqət mərkəzində olub.
Bu qeyd-şərtsiz dəstək prezidenti 1960-cı illərin əvvəllərində müstəqillik dövründə onlara qarşı ilk soyqırımından sonra ölkədən qaçan Ruanda qaçqınlarının, əsasən də tutsilərin yalvarışlarını rədd etməyə cəsarətləndirdi. Bu vəziyyət sürgündə olan ruandalıları 1990-cı ilin oktyabrında azadlıq müharibəsinə başlamağa təhrik etdi", - səfir qeyd edib.
O bildirib ki, bu müharibə ruandalılar ilə Ruanda Vətənpərvər Cəbhəsi (RPF) arasında daxili məsələ idi:
"Müharibəni başladan hərəkat Habyarimananın öz mövqeyini yenidən nəzərdən keçirməsinə və qaçqınların geri qayıtmasını təmin edən siyasi həll danışıqlarına səbəb olmaq üçün şok hərəkət demək idi. RPF buna görə də həmişə müharibə zamanı ortaya çıxan sülh təşəbbüslərini dəstəklədi. Bununla belə, fransızlar müttəfiqlərinin hərbi personal və texnika gətirməsini dəstəklədilər və hətta regional yaxınlarından biri, Demokratik Zairenin, indiki Konqo Demokratik Respublikasının prezidenti Marşall Mobutu Sese Sekoya Ruandaya hərbi qüvvə göndərməyi tapşırdılar.
Fransanın bu hərəkəti Habyarimananın hərbi əməliyyat kursunu davam etdirmək əzmini barışmaz hala gətirdi. Ona görə də 1994-cü ildə tutsilərə qarşı soyqırımına səbəb olan hadisələrin Fransanın təhriki ilə törədildiyini söyləmək olar".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Səfir: Ruanda Azərbaycana qəhvə və çay kimi unikal, dadlı məhsullar ixrac edə bilər
Sudan səfiri: Fransanın Qərbi Afrikada 1944-cü ildə törətdiyi hadisələr qitə ölkələri üçün tarixi faciədir
Fransaya qarşı 100 milyardlıq iddia başlamalıdır
İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb
Elçin Əmirbəyov: “Fransanın Azərbaycanla mədəni körpüləri yandırmağı - ən axırıncı işdir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Expressbank"ın xalis mənfəəti azalıb - Hesabat
-
"Expressbank"da fiziki şəxslərin depozit portfeli 33 % artıb
-
Gürcüstan Davos İqtisadi Forumunda iştirak etməyəcək
-
BSM aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı açıqlama yayıb
-
Portuqalya millisinin və “Real”ın sabiq futbolçusu qanunsuz biznes açmaqda ittiham olunur
-
Ərdoğan HƏMAS-la İsrail arasında atəşkəsin imzalanmasında əməyi keçən ölkələrə təşəkkür edib