Əli Əsədov İƏİT İşçi Qrupunun sədri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Əli Əsədov İƏİT İşçi Qrupunun sədri ilə görüşüb


Baş nazir Əli Əsədov dekabrın 5-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə İƏİT arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Birgə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin nəticələri nəzərdən keçirilib.

Azərbaycan və İƏİT arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycanla İƏİT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb
Əli Əsədov ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşüb
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər