ABŞ-nin Azərbaycandakı səfiri diplomatik xidmətdən istefa verib
ABŞ-nin Azərbaycan Respublikasındakı səfiri Mark Libby diplomatik xidmətindən istefa verib.
APA xəbər verir ki, bu barədə səfirin bəyanatında bildirilib.
O qeyd edib ki, istefa səbəbi xəstəliyi ilə bağlıdır: "2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam edib.
Bakıda tibbi xidmətlərdən faydalandığını vurğulayan Libby deyib: "Son test nəticələrinə əsasən, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmağın vaxtıdır".
Səfir deyib ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq: “ Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”.
Libby qeyd edib ki, Azərbaycanla ABŞ iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurub: “COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər”.
O, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə buranı tərk etdiyini vurğulayıb.
Oxşar xəbərlər
ABŞ-nin Azərbaycandakı səfiri səhhətinə görə istefa verib
Gürcüstanın daha bir səfiri Aİ ilə danışıqların dayandırıldığına görə istefa verib
Gürcüstanın Bolqarıstandakı səfiri etirazçılarla həmrəylik nümayiş etdirmək məqsədilə istefa verib
Şahin Diniyev "Səbail"-in baş məşqçisi postundan istefa verib
ABŞ səfirliyi Amerika incəsənət əsərlərini nümayiş etdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tiktoker “Roşka” yenidən həbs edildi
-
İsrafil Məmmədov: “Yaşıl enerji" və rəqəmsal infrastruktura investisiyalar planlaşdırılır” - MÜSAHİBƏ
-
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
-
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
-
ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"
-
Hesablama Palatası: Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb