“Report”un direktoru: Afinanın İrəvana silah satışı Azərbaycanla münasibətləri təhlükə altına salır
Afinanın İrəvana silah verməsi Yunanıstanın enerji təhlükəsizliyi sahəsində əsas tərəfdaşı olan Azərbaycanla münasibətlərinin soyumasına səbəb ola bilər.
Bu barədə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində bildirib.
O qeyd edib ki, bu məsələdə bir neçə aspekti nəzərə almaq lazımdır.
F.Hüseynəliyevin sözlərinə görə, bir tərəfdən Yunanıstan bu yolla ordusunun silahlanmasında olan köhnə silahlardan xilas olur. Digər tərəfdən isə bu, Yunanıstanla Azərbaycanın müttəfiqi olan Türkiyə arasındakı gərgin münasibətlərlə bağlı ola bilər.
"Faktiki olaraq, bu silahların Ermənistana verilməsi Afinanın İrəvana dəstək göstərməsi ilə yanaşı, həm də köhnəlmiş silahlardan xilas olmağa çalışdığını nümayiş etdirir. Lakin Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Yunanıstanın əsas tərəfdaşı olmasını nəzərə almaq vacibdir. Buna görə də Yunanıstan tərəfi Azərbaycanın mümkün cavab addımları barədə düşünməlidir", - F.Hüseynəliyev vurğulayıb.
“Report”un direktoru Ermənistana silah tədarükçülərindən danışarkən İrəvana fəal şəkildə silah satan Hindistanı da qeyd edib. Onun fikrincə, belə tədarüklər qismən siyasi mülahizələrdən də irəli gəlir. "Hindistanın Ermənistana silah tədarük etməsi onların sınaqdan keçirilməsi üsuludur. Yeni-Delhi çox vaxt bu silahları poliqonlarda və real şəraitdə lazımi qaydada yoxlamadan Ermənistana göndərir. Bu, yəqin ki, rəsmi Bakının İslamabadla sıx əlaqələrini nəzərə alaraq Azərbaycana zidd olaraq edilir. Lakin Azərbaycan həmişə vurğulayıb ki, onun hər hansı ölkə ilə əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib", - o bildirib.
Cənubi Qafqazdakı vəziyyəti şərh edən F.Hüseynəliyev vurğulayıb ki, bəzi Qərb ölkələri Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması prosesini ləngitmək üçün müxtəlif addımlar atır. Belə şəraitdə Ermənistan üçün ən yaxşı çıxış yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır.
Qeyd edək ki, bu həftə Yunanıstan KİV-ləri Afinanın Ermənistana Rusiya istehsalı olan S-300 kompleksləri verməyi planlaşdırması barədə məlumat yayıb.
Oxşar xəbərlər
Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsi hər iki tərəf üçün aktual və vacibdir - RƏY
Nazir Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışıb
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
Fuad Hüseynəliyev: Azərbaycan Prezidentinin İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək
ABŞ Cənubi Qafqazla bağlı maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













