“Oracle Advisory Group”: "İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb"
ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı exit-pollun nəticələrini açıqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.
Zahid Oruc - 1.8 faiz, Fazil Mustafa -1.5, Qüdrət Həsənquliyev -1.2, Elşad Musayev -0.4 faiz, Fuad Əliyev 0.3 faiz, Razi Nurullayev 0.9 faiz yığıb.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
Oxşar xəbərlər
Şahin Bağırov səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vlada Qalan: "Əvvəlki illərlə müqayisədə bu seçkilərdə iştirak daha yüksək idi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndiyədək seçicilərin 38,57 faizi səsvermə hüququndan istifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda Azərbaycandakı prezident seçkiləri üzrə səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentliyə namizəd Fazil Mustafa səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












