Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri və millinin məşqçiləri Türkiyədə səs veriblər
sizinxeber.az xəbər saytı

Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri və millinin məşqçiləri Türkiyədə səs veriblər


Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndələri və millinin məşqçiləri Türkiyənin Antalya şəhərində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səs veriblər.

“Report” xəbər verir ki, Türkiyə açıq çempionatına yollanan yığmanın məşqçilər korpusu və komanda nümayəndələri Azərbaycan Mədəniyyət və Dəstək Dərnəyində yaradılan seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər.

ATF-nin Nəzarət-Təftiş Komissiyasının sədri Anar Surxayzadə, pumse üzrə yığmanın baş məşqçisi Etibar İbrahimov, yeniyetmələrdən ibarət millinin baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Vurğun Cəfərov və komandanın həkimi Ruslan Şərifov səsvermə prosesinə qatılıblar.

Yeniyetmələrdən ibarət taekvondo yığması Antalyaya bu gün yollanıb.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.

Oxşar xəbərlər

Pakistanda Azərbaycandakı prezident seçkiləri üzrə səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Bağırov səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi beynəlxalq turnirə 11 taekvondoçu ilə qatılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndiyədək seçicilərin 38,57 faizi səsvermə hüququndan istifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentliyə namizəd Fazil Mustafa səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər