Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrləri görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sizinxeber.az-ya verilən xəbərə görə, Sahibə Qafarova ölkəmizin evsahibliyi ilə keçirilən bu mühüm tədbirdə iştirakına və oradakı çıxışına görə qonağa təşəkkür edib.
Söhbətdə Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Spiker Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin ölkəmizə səfərə gələrək COP29-da iştirak etməsini, noyabrın 13-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşündən sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasiminin keçirilməsini məmnunluqla qeyd edib. Bildirilib ki, bizim özbək dostlarımızın Füzulidə məktəb tikintisinə, qısa müddətdə isə Xankəndidə minlərlə insanın çalışacağı bu gözəl müəssisənin yaradılmasına kömək göstərmələri qardaşlıq münasibətinin təzahürüdür.
Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Tənzilə Narbayeva COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb və orada müzakirə olunan məsələlərin dünyanın gələcəyi üçün önəmini qeyd edib.
Görüşdə Özbəkistanla Azərbaycan arasında münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən bəhs edilib. O, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlərini məmnunluqla xatırlayaraq, belə görüşlərin qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayıb.
Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrlərinin görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentlərarası İttifaqın prezidenti COP29-un yüksək səviyyədə təşkilinə görə məmnunluğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












