Prezident seçkiləri ilə bağlı YAP-ın yerli qərargahları yaradılıb, tərkibi təsdiqlənib
sizinxeber.az xəbər saytı

Prezident seçkiləri ilə bağlı YAP-ın yerli qərargahları yaradılıb, tərkibi təsdiqlənib


Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan Partiyasının Tədbirlər Planında əks olunan digər əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasının zəruriliyi qeyd olunub.

Müzakirələrdən sonra yerli qərargahların yaradılması haqqında qərar qəbul edilib və hər bir inzibati ərazi vahidi üzrə YAP yerli seçki qərargahlarının tərkibi təsdiqlənib.

Oxşar xəbərlər

Prezidenti seçkiləri ilə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub - FOTO
Prezidenti seçkiləri ilə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub
Azərbaycanda yenidən formalaşdırılan seçki dairələrinin sıra sayı və adları - TAM SİYAHI
Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib
MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər