MDB müşahidəçiləri bölgələrdəki seçki dairələrində olublar
sizinxeber.az xəbər saytı

MDB müşahidəçiləri bölgələrdəki seçki dairələrində olublar


Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi çərçivəsində MDB-dən olan müşahidəçilər Lənkəran, Lerik, Masallı, Cəlilabad və Salyan rayonlarına, həmçinin Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa və Ordubad rayonlarında və Naxçıvan şəhərində olublar.

“Sizinxeber.az” MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, dairə seçki komissiyalarının rəhbərləri növbədənkənar seçkilərin keçirilməsinə hazırlıqla bağlı görülən işlər barədə müşahidəçilərə məlumat veriblər.

Missiya üzvləri məntəqə seçki komissiyalarında olarkən onların texniki və metodiki təminatı, seçici siyahılarına dair işlərin gedişatı ilə yaxından tanış olublar. Müşahidəçilər seçki məntəqələrinin yaxşı təchiz olunmasını və komissiya üzvlərinin yüksək hazırlıq səviyyəsini qeyd ediblər.

Monitorinq zamanı müşahidəçilər Naxçıvan şəhərində və Ordubad-Culfa dairələrində keçirilən treninqlərdə iştirak ediblər. Bu treninqlər zamanı məntəqə seçki komissiyalarının üzvləri seçkilərin keçirilməsinin təşkilati məsələləri ilə bağlı təlimatlandırılıb.

Seçkiqabağı kampaniyaya da xüsusi diqqət yetirilib. Dairə seçki komissiyalarının sədrləri müşahidəçilərin diqqətinə çatdırıblar ki, namizədlərə və onların səlahiyyətli nümayəndələrinə təşviqat aparmaq üçün qanunla nəzərdə tutulmuş bütün imkanlar yaradılıb.

MDB müşahidəçilər missiyasının formalaşdırılması prosesi də başa çatıb. 169 müşahidəçinin akkreditasiyası üçün sənədlər Azərbaycan Mərkəzi Seçki Komissiyasına göndərilib. Buraya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası və MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildir.

Oxşar xəbərlər

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: "Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vəzifəmiz odur ki, prezident seçkilərini heç bir nöqsana yol vermədən keçirək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər