ABŞ: Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıyıq
ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə deyib.
"ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün səylə çalışacağıq”, - o, jurnalistin sualını cavablandırarkən bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda mümkün görüşünə gəldikdə isə, Patel bu məsələ ilə bağlı məlumatı olmadığını vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bildirib ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyə ümidvardır.
Rəsmi Bakı xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələlik razılaşdırılmadığını bildirib.
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: "Azərbaycan Ermənistanla dialoqa hazırdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan öhdəliklərini yerinə yetirməlidir - PA rəsmisi [xfgiven_updateblue][/xfgiven_updateblue]
NATO Baş katibinin xüsusi nümayəndəsi: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti: Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












