Dövlət Departamenti: Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanırıq
sizinxeber.az xəbər saytı

Dövlət Departamenti: Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanırıq


ABŞ Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.

"Ermənistanla Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna hələ də inanırıq. Bu, Dövlət Departamentinin çalışacağı bir məsələdir. Lui Bono, dövlət katibi və digərləri bu işlə fəal məşğuldurlar", - diplomat diqqətə çatdırıb.

Qeyd edək ki, rəsmi Vaşinqton Ermənistandakı səfirliyi vasitəsilə yanvarın 9-da bildirib ki, Cənubi Qafqazda sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək. Bu bəyanat ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvana səfərindən dərhal sonra verilib.

Xatırladaq ki, L.Bono yanvarın 8-dən etibarən İrəvanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb.

Oxşar xəbərlər

Ermənistanın davamlı hərbi-siyasi təxribatları sülhə əngəl olur - XİN [xfgiven_updateblue][/xfgiven_updateblue]
Simonyan: “Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Ankara İrəvana daha bir şans verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abdullahian İrəvanda mesaj verdi: Sülh olsun, bu şərtlə… [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər