Ceyhun Bayramov Albaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Albaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb


Oktyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Besart Kadia ilə görüşüb.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Albaniyanın Azərbaycanda ilk rezident səfiri təyin olunan Besart Kadia etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Albaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Azərbaycan və Albaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, investisiyalar, humanitar, turizm və s. istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.

Bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı, dəstək və həmrəyliyinin birgə təşəbbüslərin irəlilədilməsi, habelə ölkələrimiz əleyhinə atılan addımların qarşısının alınması baxımından əhəmiyyəti vurğulanıb.

Ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar prosesindən bəhs olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Albaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Pakistanın yeni səfirini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Küveytin diplomatik fəaliyyəti başa çatan səfirini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər