Azərbaycanla Venesuela arasında siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı çərçivəsində Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və Venesuela arasında humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündəliyi, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə təmaslar müzakirə edilib.
Azərbaycan və Venesuela arasında aktiv ikitərəfli əməkdaşlıq gündəliyindən söz açan nazirlər iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil, turizm və s. əməkdaşlıq imkanlarının genişlənməsi persperktivlərinin mövcudluğunu vurğulayıblar.
Görüş zamanı həmçinin Azərbaycan və Venesuela arasında münasibətlər üçün ölkələrin xarici siyasət qurumları arasında keçirilən siyasi məsləhətləşmələrin vacibliyi qeyd edilib, növbəti siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsində vasitəçilik edib
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər
Azərbaycan və Hindistan XİN başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Ceyhun Bayramov və Sergey Lavrov regional vəziyyəti müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













