Rəsmi Bakı: Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edirik
Azərbaycan dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edir.
"Report" xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.
Qeyd olunub ki, Fransanın Avropa və xarici işlər nazirinin "France Inter" kanalına müsahibəsi zamanı “Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu” bildirməsi bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətinin, beynəlxalq hüquqa dayaz və səthi yanaşmasının göstəricisidir.
Vurğulanıb ki, Azərbaycan bütün addımlarında beynəlxalq hüququ və ədaləti əsas götürüb:
"Ölkəmizin beynəlxalq hüquqa zidd davrandığını iddia etmək absurddur və Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur. Maraqlıdır ki, özünü beynəlxalq hüququn təbliğatçısı və ədalətin təminatçısı kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozulmasını tənqid etməyib. Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüzminlərlə azərbaycanlının qayıdış hüququnu heçə sayan Ermənistanı qurban kimi təqdim etmək yanlış siyasətdən xəbər verir".
Oxşar xəbərlər
Rəsmi Bakı: Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik
Ayxan Hacızadə Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına münasibət bildirib
XİN rəsmisi: Fransanın Ermənistanı silahlandırması bölgədə destruktiv fəaliyyətə xidmət edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
