Rəsmi Bakı: Fransa özünün dar maraqları naminə Ermənistandan istifadə edir
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı: Fransa özünün dar maraqları naminə Ermənistandan istifadə edir


Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.

“Report.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə təşəkkürünü bildirir ”, - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

XİN: Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatındakı təxribatçı addımları iflasa uğrayıb
XİN: Beynəlxalq Frankofoniya Təşkilatının Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Azərbaycan XİN: Ermənistan normallaşma və qarşıdurma arasında seçim etməlidir
Rəsmi Bakıdan İrəvana cavab: Buna son qoyulmalıdır!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər