Mexikonun tarixi arenasında Azərbaycan mədəniyyəti təqdim olunub
Meksika Xarici İşlər Nazirliyi və Mexiko Şəhər Hökumətinin təşkilatçılığı, habelə Meksikada akkreditə olunmuş Səfirliklərin dəstəyi ilə 22 sentyabr tarixində YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olan çarreriya atçılıq ənənəsinin qorunub saxlanıldığı simvolik “Lienzo Charro de Constituyentes” arenasında dünya mədəniyyətlərinin tədqimatı keçirilib.
Bu barədə "Sizinxeber.az"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Mexiko şəhər sakinləri tərəfindən izdihamla qarşılanan tədbirdə Azərbaycanın milli mədəniyyət nümunələri, o cümlədən milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri və milli şirniyyatlar təqdim olunub, iştirakçılara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə ətraflı məlumat verilib, müxtəlif çap materialları paylanılıb.
Azərbaycan stendi böyük maraqla qarşılanıb. Tədbirdə Xarici İşlər Nazirliyinin, şəhər meriyasının, yerli bələdiyyə orqanlarının nümayəndələri, habelə Meksikanın digər rəsmiləri, paytaxt sakinləri, turistlər, diplomatik korpusun nümayəndələri və yerli KİV nümayəndələri iştirak edib.
Oxşar xəbərlər
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Xivə şəhərində “Şuşa günləri” keçirilib - VİDEO
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
