Səfir: Kəlbəcərdəki “Yuxarı Vəng” SES-də Rumıniya istehsalı olan turbinlərdən istifadə edilməsi sevindiricidir
sizinxeber.az xəbər saytı

Səfir: Kəlbəcərdəki “Yuxarı Vəng” SES-də Rumıniya istehsalı olan turbinlərdən istifadə edilməsi sevindiricidir


Kəlbəcər rayonundakı “Yuxarı Vəng” Su Elektrik Stansiyasında (SES) Rumıniya istehsalı olan turbinlərdən istifadə edilməsi məni təsirləndirdi.

Bunu "Sizinxeber.az"a açıqlamasında Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Kəlbəcər rayonuna səfəri zamanı deyib.

Səfir qeyd edib ki, Azərbaycanın Kəlbəcər rayonu təbii gözəlliyi ilə heyran edir. Burada aparılan tikinti-bərpa işlərinin səviyyəsi də təqdirəlayiqdir.

“SES-də Rumıniya istehsalı olan turbinlərin istifadə edilməsi məni təsirləndirdi. Deyə bilərik ki, Qarabağ regionunun bərpası proseslərində ölkəmiz də iştirak edir. Bu, ölkələrimiz arasında ticarət dövriyyəsinə müsbət təsir göstərəcək və iqtisadi əməkdaşlığı gücləndirəcək”, - diplomat bildirib.

Oxşar xəbərlər

Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasına media-tur təşkil olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəlbəcər və Zəngilanda kənd təsərrüfatı məhsulu istehsalı 2,6 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər