Ermənistan hökuməti Azərbaycanla delimitasiya üzrə komissiyalara dair Əsasnaməni təsdiqləyib
Ermənistan hökuməti Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiqləyib.
Sizinxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, sənəd baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni imzalayıb.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb.
Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.
Oxşar xəbərlər
Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnaməni təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
