Səfirlik Prezident seçkiləri ilə bağlı Polşada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
Azərbaycanın Polşadakı səfirliyi bu ölkədə daimi yaşayan və (və ya) müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına 2024-cü il fevralın 7-də baş tutacaq Prezident seçkiləri ilə əlaqədar müraciət ünvanlayıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, seçkilərdə iştirak etmək məqsədilə 18 yaşını tamamlamış aktiv seçici hüququna malik Azərbaycan vətəndaşlarının adı seçicilər siyahısına daxil edilməlidir.
Polșada yaşayan bütün Azərbaycan vətəndaşlarından seçicilər siyahısında qeydiyyata alınmaları üçün așağıda qeyd olunan məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunub:
1. Soyadı, adı, atasının adı
2. Doğulduğu il, ay və gün.
3. Daimi və ya müvəqqəti yașadığı və ya olduğu yerin ünvanı.
Bu il dekabrın 26-dək məlumatları göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaq.
— AzEmbassyPoland (@AzEmbassyPoland)
Oxşar xəbərlər
İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məzahir Pənahov Prezident seçkiləri ilə əlaqədar seçicilərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağda yaşayan ermənilərin qeydiyyatı başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının hansı ölkə vətəndaşlarına veriləcəyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












