Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının hansı ölkə vətəndaşlarına veriləcəyi açıqlanıb
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının hansı ölkə vətəndaşlarına veriləcəyi məlum olub.
"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi qaydasının və həmin təhsil qrantının məbləğinin təsdiq edilməsi haqqında qərarda əksini tapıb.
Qərara əsasən, təhsil qrantı Azərbaycanın dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına həyata keçiriləcək və məqsəd həmin ölkələrin vətəndaşlarının təhsilinə yardım etməkdir.
Beləliklə, təhsil qrantı İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, eləcə də Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarına veriləcək.
Qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Azərbaycan vətəndaşı olan və ya ölkə vətəndaşlığına xitam verilmiş şəxslərə ayrılmayacaq.
Oxşar xəbərlər
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı alacaq şəxslərin hansı xərcləri qarşılanacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası və məbləği təsdiqlənib - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
BŞTİ-də yeni kadr TƏYİNATI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təhsildə məzmun dəyişikliyi qısa müddət ərzində baş vermir - Nazir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












