Bakı və Daşkənd əməkdaşlıq üçün 20 istiqamət müəyyən edib
Azərbaycan və Özbəkistan əməkdaşlıq üçün 20 yeni istiqamət müəyyən edib.
"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısı İlham Əliyevlə mətbuata bəyanatında deyib.
Ş.Mirziyoyev qeyd edib ki, Ali Dövlətlərarası Şuranın birinci iclası baş tutub: "Bu, müttəfiqlik münasibətlərimizin dərinləşməsi ilə bağlı yeni təkliflərin hazırlanması və həyata keçirilməsi üçün səmərəli mexanizmdir".
“Azərbaycanda ilk görüşümüzdə əməkdaşlığımızın 10 istiqaməti müəyyən olundu. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu müqavilələrin heç biri kağız üzərində qalmayıb. Real nəticələrimiz var. Bu gün biz 20 yeni istiqamət müəyyən etmişik”, - o vurğulayıb.
Özbəkistan Prezidenti bildirib ki, ümumilikdə danışıqlar ənənəvi olaraq açıq və konstruktiv şəraitdə keçib: “Hesab edirəm ki, görüşümüzün uğurunun sübutu da budur”.
Oxşar xəbərlər
Mirziyoyev: Bakı ilə Daşkənd arasında ticarətin həcmini iki dəfə artırmaq üçün bütün əsaslar var
Mirziyoyev: Bakı və Daşkənd qarşısında sənaye əməkdaşlığının yeni mərhələsinə keçmək vəzifəsi durur
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB
Özbəkistan Prezidenti: COP29-da iştiraka ciddi hazırlaşırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
