Mirziyoyev: Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır
Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
“Sizin səylərinizlə qədim Qarabağ torpağı inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur, istehsal obyektləri fəal şəkildə qurulur, iş yerləri açılır, insanları dinc, xoşbəxt həyata qaytarmaq üçün hər şey edilir... Bütün bu insanlar illərdir geri qayıtmağı gözləyiblər. Özbəkistan bu nəcib işdə Azərbaycana bundan sonra da dəstək verməyə hazırdır. Bu gün Qarabağda genişmiqyaslı yenidənqurma işləri aparılır, əgər özbək inşaatçılar üçün hansısa sahə və ya ərazi ayrılsa, biz bu işdə iştirak edəcəyik”, - o qeyd edib.
Oxşar xəbərlər
Mirziyoyev: Bakı ilə Daşkənd arasında ticarətin həcmini iki dəfə artırmaq üçün bütün əsaslar var
Özbəkistan Prezidenti: Qarabağ gözümüzün qarşısında dirçəlir və çiçəklənən diyara çevrilir
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Mirziyoyev: Bakı və Daşkənd qarşısında sənaye əməkdaşlığının yeni mərhələsinə keçmək vəzifəsi durur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













