Anqolada qızıl mədənində torpaq sürüşməsi zamanı azı 28 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Anqolada qızıl mədənində torpaq sürüşməsi zamanı azı 28 nəfər ölüb


Anqolanın şimal-qərbində qanunsuz qızıl hasilatı aparılan mədəndə torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Benqo əyalətinin rəhbərliyinə istinadən Anqola İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, dörd nəfəri xilas etmək mümkün olub. Benqo polisinin rəsmi nümayəndəsi Qaşpar Luis İnasiu bildirib ki, həlak olanların hamısı 18-40 yaşlı kişilərdir.

Şahidlərin sözlərinə görə, faciəyə təpədən böyük torpaq qatının qəfil sürüşməsi səbəb olub. Həmin qat mədənin üstünü örtərək, içəridə olan insanların böyük dərinlikdə çıxış yolunu bağlayıb.

Xilasedici briqadalar axtarış-xilasetmə işlərini davam etdirir. Rəsmi olaraq iki nəfərin itkin düşdüyü bildirilir, lakin sakinlər yerin altında 70-dək insanın ola biləcəyini iddia edirlər.

İlkin məlumata görə, torpaq sürüşməsinə Anqolanın bu hissəsində artıq ardıcıl üçüncü gündür yağan güclü yağışlar səbəb ola bilər.

Oxşar xəbərlər

Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, azı 28 nəfər ölüb
Kolumbiyada torpaq sürüşməsi nəticəsində 10 nəfər həlak olub
Uqandada torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb
Braziliyada torpaq sürüşməsi nəticəsində 9 nəfər ölüb
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər