Prezidentin köməkçisi: ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik
Azərbaycan ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Minsk Qrupu 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdi və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədi:
"Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur".
H.Hacıyev əlavə edib ki, hazırda Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda təzminat məsələsi yoxdur:
"Lakin Azərbaycan bütün ziyanların düzgün qiymətləndirilməsini aparıb. Ermənistan beynəlxalq hüququ açıq şəkildə pozub, 30 il ərzində Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlar şəhər və kəndlərimizi tamamilə dağıdıblar. BMT metodologiyası əsasında apardığımız qiymətləndirməyə görə ziyanın məbləği 150 milyard ABŞ dolları civarındadır".
Oxşar xəbərlər
Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır
Hikmət Hacıyev: Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır
Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
