Hikmət Hacıyev: Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır
Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər.
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır:
"Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil".
Oxşar xəbərlər
Prezidentin köməkçisi: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir
Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib
İlham Əliyev: Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır
Prezidentin köməkçisi qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycanın Ermənistana təklifini açıqlayıb
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













