BMMT Baş katibi Cenevrədə Suriyanın Daimi Nümayəndəsi ilə görüşüb
sizinxeber.az xəbər saytı

BMMT Baş katibi Cenevrədə Suriyanın Daimi Nümayəndəsi ilə görüşüb


BMMT Baş katibi Cenevrədə Suriyanın Daimi Nümayəndəsi ilə görüşüb.

APA xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli təşkilatın Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Suriya Ərəb Respublikasının BMT-nin Cenevrə Ofisində və İsveçrədə yerləşən digər ixtisaslaşmış qurumlarda Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Heydər Əli Əhmədlə görüşüb.

Görüş zamanı Suriya ilə BMMT arasında institusional əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə birgə təlim proqramlarının, ixtisasartırma kursları və seminarların təşkili imkanları vurğulanıb. Həmçinin, Suriyanın yenidən qurulması prosesində BMMT-nin mülki müdafiə və fəlakət riskinin azaldılması sahəsində rolu və mümkün əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Müzakirələr zamanı, mülki müdafiə və fəlakət risklərinin idarə olunması sahəsində ümumi məqsədlərə əsaslanan əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb.

Oxşar xəbərlər

BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli İsveçrə səfiri ilə görüşüb
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak edən ölkələrin rəhbər şəxsləri ilə görüşüb - VİDEO
XİN: BMMT-nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb
Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər