Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
sizinxeber.az xəbər saytı

Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib


Beynəlxalq Mülki Müdafiə Təşkilatının ( BMMT) Bakıda keçirilən sessiyasında baş katib məlum olub.

Sizinxeber.az-nın məlumatına görə, səsvermənin nəticəsinə əsasən, Fövqəladə Hallar Nazirlyi Beynəlxalq əlaqələr idarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib.

Qeyd edək ki, Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə - Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb.

BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib.

Oxşar xəbərlər

Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO
Azərbaycanın namizədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir - VİDEO
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak edən ölkələrin rəhbər şəxsləri ilə görüşüb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər