BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli İsveçrə səfiri ilə görüşüb
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni seçilmiş Baş katibi Ərgüc Kələntərli Cenevrə şəhərinə yola düşməzdən öncə İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Tomas Ştəl ilə görüşüb.
APA xəbər verir ki, görüş zamanı BMMT ilə İsveçrə Konfederasiyası arasında mövcud əməkdaşlıq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Yeni Baş katib, BMMT-nin mənzil-qərargah ölkəsi qismində İsveçrənin təşkilata göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib və bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə həmçinin beynəlxalq humanitar mexanizmlərin gücləndirilməsi və fövqəladə hallara hazırlıq sahəsində mümkün əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1931-ci ildə təsis olunmuş və əsas funksiyası üzv dövlətlərdə fövqəladə hallara hazırlıq, mülki müdafiə və risklərin azaldılması sahəsində milli imkanların gücləndirilməsinə dəstək göstərməkdən ibarət olan BMMT-nin mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
Oxşar xəbərlər
Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak edən ölkələrin rəhbər şəxsləri ilə görüşüb - VİDEO
XİN: BMMT-nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












