KİV: Suriya və İsrail Bakıda birbaşa danışıqlar aparacaq - YENİLƏNİB
Suriya və İsrail rəsmilərinin danışıqları Suriya lideri Əhməd Əl-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda bu gün keçiriləcək.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Alarabiya AFP-yə istinadən yazır.
Mənbə vurğulayıb ki, Əl-Şaraanın özü görüşdə iştirak etməyəcək. Danışıqlar "İsrailin Suriyada hərbi mövcudluğu" üzərində cəmləşəcək.
Azərbaycan Suriya və İsrail arasında birbaşa danışıqlar üçün platforma təmin edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə AFP agentliyi suriyalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, iki ölkənin nümayəndə heyətləri Bakıda birbaşa danışıqlar aparacaq. Nümayəndə heyətlərinin tərkibinə iki ölkənin rəsmiləri daxil olacaq.
Danışıqların tarixi və gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa bu gün elan edilməmiş səfərlə Bakıya gəlib. Bu, siyasətçinin Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə dar və geniş tərkibdə danışıqlar aparılıb.
Oxşar xəbərlər
KİV: Suriya və İsrail Bakıda birbaşa danışıqlar aparacaq
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
BƏƏ İsrail və Suriya arasında gizli danışıqlarda vasitəçi kimi çıxış edir
Suriya vasitəçilərlə İsrailin zərbələrinə son qoymağa çalışır
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












