Suriya vasitəçilərlə İsrailin zərbələrinə son qoymağa çalışır
sizinxeber.az xəbər saytı

Suriya vasitəçilərlə İsrailin zərbələrinə son qoymağa çalışır


Suriya hakimiyyəti İsrail ordusunun ölkənin cənub-qərb bölgələrinə davamlı hücumlarını dayandırmağa çalışır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bildirib.

Onun sözlərinə görə, Dəməşq beynəlxalq vasitəçilərlə dolayı danışıqlar aparmaqla İsrailin hücumlarını dayandırmağa çalışır.

O cümlədən, hökumət nümayəndələri Əl-Kuneytra əyalətində və işğal altında olan Colan təpələrində yaşayan dağ sakinlərinin druz icmasının ağsaqqalları ilə görüş keçirib. Görüşdə yerli əhalinin yaşayış şəraiti və İsrailin Suriya ərazisinə mütəmadi müdaxiləsi fonunda bölgədəki təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Suriya mediası qeyd edib ki, Əl-Şaraanın bəyanatı Suriyanın yeni hakimiyyət orqanlarının İsraillə dolayı danışıqlar aparmasının rəsmi təsdiqidir.

Oxşar xəbərlər

BƏƏ İsrail və Suriya arasında gizli danışıqlarda vasitəçi kimi çıxış edir
Suriya İsrailin onun ərazisinə doğru irəliləməsini qəbuledilməz adlandırıb
İlham Əliyev Suriya keçid dövrü Prezidentini Azərbaycana səfərə dəvət edib
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
Al Watan: Əş-Şaraa Suriya Prezidenti kimi ilk xarici səfərini Ər-Riyada edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər