Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
sizinxeber.az xəbər saytı

Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY


Rusiyanın son illər kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün ciddi təhlükə yaradır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.

O qeyd edib ki, beynəlxalq hadisələrin fonunda Rusiya digər ölkələrdə qeyri-sabitlik yaratmağa çalışır.

N.Həmzəyev Azərbaycan Mətbuat Şurasının “Sputnik Azərbaycan”ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olması ilə bağlı bəyanatına diqqət çəkib:

"Azərbaycan Mətbuat Şurasının bu məsələ ilə bağlı yayımladığı bəyanat, problemin dərinliyini və regional təsirini bir daha gözlər önünə sərir. Bu məsələ yalnız regional deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Mətbuat Şurasının bəyanatında qeyd edildiyi kimi, Rusiya mediasının təsiretmə cəhdləri konkret hadisələrdə özünü büruzə verir və bu Azərbaycanda da konkret formalar alır. 2025-ci ilin fevral ayında Bakıda "Sputnik" media qurumunun akkreditasiyası ləğv edilibsə də, o, "qeyri-qanuni maliyyələşmə" yolu ilə fəaliyyətini davam etdirməyə çalışıb. Rusiya media orqanları tərəfindən həyata keçirilən dezinformasiya kampaniyaları, seçki proseslərində müdaxilə və siyasi qütbləşmənin artırılması kimi metodlar regional sabitlik üçün təhlükə yaradır".

Xatırladaq ki, Mətbuat Şurası bəyanatla çıxış edərək bildirib ki, "Sputnik Azərbaycan" ölkədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı kimi fəaliyyət göstərib.

Oxşar xəbərlər

“Sputnik Azərbaycan”ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olublar – BƏYANAT
Mətbuat Şurası: "Sputnik Azərbaycan" Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey deyildi
Rasim Musabəyov: Rusiya-Ukrayna müharibəsi təkcə regional deyil, qlobal təsirlərini də göstərdi
Azərbaycanla Çin arasında hərtərəfli tərəfdaşlıq münasibətlərin gələcək inkişafı üçün möhkəm təməl yaradır - RƏY
Rusiya hakimiyyəti mətbuatı təxribatlar təşkil etmək üçün istifadə edib - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər