Rusiya hakimiyyəti mətbuatı təxribatlar təşkil etmək üçün istifadə edib - RƏY » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
iy
2025
14:00

Rusiya hakimiyyəti mətbuatı təxribatlar təşkil etmək üçün istifadə edib - RƏY

12 iy, 2025
14:00
404

Rusiya hakimiyyəti mətbuatı təxribatlar təşkil etmək üçün istifadə edib - RƏY

Rusiya hakimiyyəti mətbuatı, telekanalları, qəzetləri, indi isə informasiya və rəqəmsal resurslarını daim müəyyən mənada təxribatlar təşkil etmək üçün istifadə edib.

Bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov danışıb.

Onun sözlərinə görə, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən bu, aktiv tədbirlər kimi həyata keçirilir:

"Bu təzə bir şey deyil. Rusiyanın xüsusi xidmət orqanları tərəfindən bunu aktiv tədbirlər kimi görürdülər. İndi də bu işlə ilə məşğul olurlar. Ona görə də vaxtilə biz demək olar ki, Rusiya telekanallarını bağlamışıq. İndi də bu səbəbdən "Sputnik"i qapatdıq. Burda onların nə işi var?".

Deputat əlavə edib ki, Azərbaycanın maraqlarına qarşı istifadə edilən yerlərdə Azərbaycan da əks-tədbirlər həyata keçirir:

"Hər bir halda biz Rusiyanın bu fəaliyyətinin qarşısında aciz deyilik. Lazımi addımları atırıq".

Xatırladaq ki, Mətbuat Şurası bəyanatla çıxış edərək bildirib ki, "Sputnik Azərbaycan" ölkədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı kimi fəaliyyət göstərib.

Bizimlə əlaqə saxlayın