Prezident Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu Pezeşkianın diqqətinə çatdırıb
sizinxeber.az xəbər saytı

Prezident Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu Pezeşkianın diqqətinə çatdırıb


İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən qınanılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyulun 4-də Xankəndidə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü zamanı bildirib.

Prezident İlham Əliyev bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırıb, Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə edib.

Dövlət başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.

Oxşar xəbərlər

Xankəndidə Prezident İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub - FOTO - YENİLƏNİB-1
Prezident İlham Əliyev Pezeşkianın siyasi məsələlər üzrə müşavirini qəbul edib - YENİLƏNİB
Prezident: Azərbaycan və İran xalqları çox sıx tellərlə bir-birinə bağlıdır
İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle