Məsud Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir.
“Report”un Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, İrana hücumlar nəticəsində çox böyük insan və maddi itkilər oldu.
“Təbii ki, silahlı qüvvələrimiz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 57-ci maddəsinə uyğun olaraq, İranın şərəfli xalqını, onun milli suverenliyini, ölkənin ərazi bütövlüyünü qanuni şəkildə müdafiə edərək bölgədə müharibənin yayılmasının qarşısını aldı”.
İran prezidenti region ölkələrinin rəsmilərinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin son böhran zamanı tutduğu mövqelərə təşəkkürünü bildirib:
“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici Əlaqələr Şurasının son iclasından indiyədək bir çox regional və qlobal təşkilat və bloklar İran İslam Respublikasına qarşı hücumları pisləməkdə qəti mövqe nümayiş etdirməyib. ECO sammiti son hücumların pislənilməsi üçün fürsətdir”.
Oxşar xəbərlər
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
İran prezidenti Məsud Pezeşkian Nyu Yorka səfər edəcək
Pezeşkian: Tramp İrana qarşı oyun qurur
Pezeşkian: İran Suriyanın suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiqdir
İƏT Baş Katibliyi İsrailin İrana hücumlarına dair bəyanat yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
