Azərbaycan və Türkmənistan XİN rəhbərləri Xankəndidə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə tərəflər siyasi və diplomatik əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla qeyd ediblər. Qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin daha da dərinləşdirilməsinə sadiqlik təsdiqlənib.
Nazirlər yüksək səviyyəli mütəmadi görüşlərin və əldə olunmuş razılaşmaların ardıcıl həyata keçirilməsinin Türkmənistan-Azərbaycan əlaqələrinin daha da dərinləşməsinə və genişlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Tərəflər enerji sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Türkmənistan və Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərinin əsas qovşaqları kimi strateji rolu vurğulanıb.
Nazirlər iqtisadi əlaqələrin şaxələndirilməsi və qarşılıqlı ticarətin həcminin artırılması yollarını nəzərdən keçirib, həmçinin mədəniyyət, təhsil, elm və digər sosial sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
Ceyhun Bayramov Türkmənistan xarici işlər naziri ilə telefon danışığı aparıb
Prezident İlham Əliyev Xankəndidə Rəşid Meredovu qəbul edib
Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb
Ceyhun Bayramov Pakistan XİN rəhbəri ilə regional təhlükəsizliyi müzakirə edib
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi olacaq
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
