Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru və şef redaktoru ilə görüşüb
Rusiyanın Azərbaycandakı konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri İqor Kartavıx və şef-redaktoru Yevqeni Belousovla görüşüb.
APA xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyd olunub ki, onlar yeməklə və dərmanla təmin olunurlar və özlərini yaxşı hiss edirlər.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyininə müsahibə verib
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













