Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb, əməkdaşlıq sahələrini müzakirə edib
sizinxeber.az xəbər saytı

Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb, əməkdaşlıq sahələrini müzakirə edib


Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Əfqanıstanın xarici işlər nazirinin müavini Mohammad Naim Vardak ilə Bakıda görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit-nəqliyyat, diplomatik, humanitar, konsulluq və digər sahələrdə əməkdaşlıq müzakirə olunub, əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Nazir müavini Elnur Məmmədov keçmiş münaqişə zamanı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini birmənalı dəstəklədiyi üçün minnətdarlığını ifadə edib.

Əfqanıstan nümayəndə heyətinin də iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin əhəmiyyətinə toxunulub.

Mohammad Naim Vardak beynəlxalq tədbirlərdə iştirak üçün dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edərək, bu qəbildən olan təşəbbüslərin ölkələr arasında dialoqun və qarşılıqlı anlaşmanın təşviq etdiyini vurğulayıb.

Tərəflər həmçinin regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Elnur Məmmədov Əfqanıstanın xarici işlər nazirinin müavini ilə görüşüb
Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
Elnur Məmmədov İƏT üzvlərini COP29-da Azərbaycan nümayəndəliyinin prioritetləri barədə məlumatlandırıb
Əfqanıstan XİN Azərbaycana başsağlığı verib
Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər