Ağdamda Qırğızıstanın tikdiyi “Aykol Manas” məktəbinin açılışı olacaq
sizinxeber.az xəbər saytı

Ağdamda Qırğızıstanın tikdiyi “Aykol Manas” məktəbinin açılışı olacaq


Ağdamda Qırğız Respublikasının inşa etdiyi “Aykol Manas” məktəbinin açılışı olacaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib.

Məktəbin açılışında Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak edəcək.

Məktəb Ağdamın Xıdırlı kəndində inşa edilib. Ötən il aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə məktəbin təməlqoyma mərasimi keçirilib.

Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Azərbaycana iki günlük səfərə yola düşüb.

Oxşar xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana səfərə yola düşüb
Sadır Japarov Azərbaycanda ECO sammitində iştirak edəcək
Sadır Japarov Azərbaycan-Qırğız İnvestisiya Fondunun əhəmiyyətini vurğulayıb
Sadır Japarov Prezident İlham Əliyevə başsağlığı verib
Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər