ŞKTC Prezidenti: Dünyada müxtəlif münaqişələr davam edərkən Şimali Kipr və Azərbaycan birlikdə addımlar atmalıdır
sizinxeber.az xəbər saytı

ŞKTC Prezidenti: Dünyada müxtəlif münaqişələr davam edərkən Şimali Kipr və Azərbaycan birlikdə addımlar atmalıdır


Dünyada müxtəlif münaqişələr davam edərkən Şimali Kipr və Azərbaycan birlikdə addımlar atmalıdır.

"Report" xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində (AzTU) Fəxri Doktor Diplomunun təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, türk dövlətləri bir arada olmalı, həmçinin sülh və müstəqilliyi qorumaq üçün birgə işlər görülməlidir:

"Prezident İlham Əliyevin də dediyi kimi, türk dövlətləri bir-birinə sahib çıxmalıdır".

ŞKTC Prezidenti sabah İqtisadi Əməkdaşlıq Təşklatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşünə qatılacağını da xatırladıb:

"Zirvə görüşündə İƏT-in üzv ölkələri ilə başda turizm, ali təhsil və ticarətin inkişafı olmaqla, müxtəlif istiqamətlərdə əlaqələr quracağıq".

Oxşar xəbərlər

ŞKTC Prezidenti: TDT çərçivəsində keçirilən tədbirlər birliyimizi daha da möhkəmləndirir
Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Rektor: Azərbaycan və ŞKTC universitetləri arasında əməkdaşlıq üçün ilk addımlar atılmağa başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər