Rektor: Azərbaycan və ŞKTC universitetləri arasında əməkdaşlıq üçün ilk addımlar atılmağa başlanılıb
sizinxeber.az xəbər saytı

Rektor: Azərbaycan və ŞKTC universitetləri arasında əməkdaşlıq üçün ilk addımlar atılmağa başlanılıb


Azərbaycan universitetlərinin Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) universitetləri ilə də əməkdaşlığı üçün ilk addımlar atılmağa başlanılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetdə ŞTC Prezidenti Ersin Tatara Fəxri Doktor Diplomunun təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, təhsil və tədqiqatlar sahəsində əməkdaşlıq dövlətlər arasında dostluq və etibarı daha da gücləndirəcək:

"Artıq bir sıra Şimali Kipr universitetləri ilə qarşılıqlı səfərlər olub və əməkdaşlıq planları müzakirə edilib. Ersin Tatarın bu prosesə göstərdiyi siyasi və mənəvi dəstək gələcəyə daha böyük inam yaradır".

Oxşar xəbərlər

Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
Ersin Tatar Türk dövlətlərini ŞKTC-ni tanımağa, TDT-yə üzv qəbul etməyə çağırıb
Ersin Tatar Türkiyədə səfərdədir
Ersin Tatar: Azərbaycan hər zaman Şimali Kiprin yanında olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər