ECO-nun baş katibi: İlham Əliyevin təşəbbüsü ilə 40 ildən sonra ilk dəfə qadın forumu təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində 40 ildən sonra ilk dəfə qadın forumu təşkil olunub.
"Report"un məlumatına görə, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan Şuşada keçirilən ECO-nun altıncı biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Mən Azərbaycan hökumətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gözəl Laçın şəhərində bu ilk qadın forumunun təşkilinə görə təşəkkür etməliyəm. Açığı, belə bir forum keçirmək üçün bizə təxminən 40 il lazım oldu. Buna görə xüsusilə Azərbaycan rəhbərliyinə və Prezident İlham Əliyevə uzaqgörən təşəbbüsünə görə minnətdaram", - deyə Əsəd Məcid Xan vurğulayıb.
O qeyd edib ki, İƏT regionunun hər yerindən liderləri və nümayəndələri forumda görməkdən məmnundur, onlar birlikdə qadınların təşkilatın fəaliyyətinə və regionda dayanıqlı inkişaf, rifah və tərəqqi məqsədlərinə nail olmağa necə daha səmərəli və fəal töhfə verə biləcəyini müzakirə edirlər.
Oxşar xəbərlər
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
Şuşada 6-cı ECO biznes forumu keçirilir
“İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
