BMT rəsmisi: Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir
sizinxeber.az xəbər saytı

BMT rəsmisi: Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir


Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir.

"Sizinxeber.az"un Laçına ezam olunmuş xəbər verir ki, bunu BMT Baş katibinin muavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alisjahbana Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumuna ünvanladığı videomüraciətdə deyib.

Onun sözlərinə görə, qlobal maliyyələşmə mexanizmi elə tərtib edilməlidir ki, bu, qadınlar üçün əlçatan olsun:

"Son illərdə 90 milyon vəsait ayıraraq qadınlara dəstək göstərmişik ki, onların qlobal bazarlara çıxışı olsun. Ümid edirəm ki, forum çərçivəsində yeni maliyyə mənbələri müəyyən etmək mümkün olacaq. Qadınlara rəhbər imkanlar yaratmalı və bundan yararlanmalıyıq. Bu il bizim ikinci sessiyamız keçiriləcək və Azərbaycan orada əsas təşkilatçılardandır".

Oxşar xəbərlər

ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
Əminə Məhəmməd: Cəmiyyətdə müsbət dəyişikliklər üçün qadınların təhsilə cəlb edilməsi lazımdır
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
Rumıniyalı nazir: “Yaşıl Enerji Dəhlizi” üçün 4 problem həll edilməlidir”
UNESCAP: İqlim dəyişiklərinin mənfi təsirlərinin aradan qaldırılması üçün sərmayələr artırılmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər