UNESCAP: İqlim dəyişiklərinin mənfi təsirlərinin aradan qaldırılması üçün sərmayələr artırılmalıdır
İqlim dəyişiklərinin Asiya-Sakit okeanı regionuna mənfi təsirlərinin aradan qaldırılması üçün sərmayələr artırılmalıdır.
"Report" xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (UNESCAP) icraçı katibi Armida Salsiah COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.
"Asiya-Sakit okean regionunda rəqəmsal texnologiyaların çoxsaylı iqtisadi və sosial üstünlükləri təmin olunub. Bununla belə iqlim dəyişikliyi və yaşıl keçid fonunda hələ də mənfi təsirlərin aradan qaldırılması üçün görüləcək mühüm işlər qalmaqdadır. Ağıllı sistem şəbəkələrinə və bərpa olunan enerji mənbələri infrastrukturuna sərmayə qoyulması çox vacibdir. Enerji intensivliyi, süni intellektin daha da geniş vüsət alması fonunda belə sərmayələr daha böyük aktuallıq qazanmış olur. Mənfi təsirlərin neytrallaşdırması yönündə qanunverici çərçivələrin formalaşması da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan yaşıl rəqəmsal bəyannamə, o cümlədən mənim təmsil etdiyim regionda rəqəmsal innovasiyaların inkişafında və iqlim dəyişikliyi ilə mübarizədə çox önəmlidir",- deyə o qeyd edib.
BMT rəsmisi həmçinin Azərbaycan hökümətinə belə bir mühüm tədbiri təşkil etdiyi üçün minnətdarlıq edib.
Oxşar xəbərlər
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada müzakirə olunan məsələlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vyetnam səfiri: Azərbaycan Asiya-Sakit okean regionunda uğurlu siyasət yürüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Son 25 ildə ADB Azərbaycanın enerji sektoruna 1,7 milyard ABŞ dolları sərmayə qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığı planlaşdırırıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Françesko Korvaro: Afrikada deqradasiyanın aradan qaldırılması istiqamətində addım atılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












